Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Top-5 liqalarda ən çox oyunda qol buraxmayan komandalar müəyyənləşib



2023-cü ildə Avropanın Top-5 liqalarında (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa yüksək liqaları) ən çox oyunda qol buraxmayan komandalar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, siyahıya İspaniyanın “Barselona” klubu başçılıq edir.

Kataloniya təmsilçisi il ərzində keçirdiyi 22 görüşdə qapısının toxunulmazlığını qoruyub. İkinci sıradakı İtaliya “İnter”ində bu göstərici 21 matça bərabərdir. A Seriyasının digər təmsilçisi “Yuventus” 20 qarşılaşmada meydanın mərkəzinə dəvət olunmayıb.

“Nitsa” (Fransa) və “Real” (İspaniya) hərəyə 19, “Latsio” (İtaliya) 18, “Liverpul” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Napoli” (İtaliya) hərəyə 17, “Torino” (İtaliya) və “Mançester Yunayted” (İngiltərə) isə hərəyə 16 görüşdə qol buraxmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş