Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Liverpul” Məhəmməd Salahın gələcəyi ilə bağlı qərar verib



Jurnalist Əkrəm Konurun dediyinə görə, “Liverpul» komandası cinah oyunçusu Məhəmməd Salah ilə müqavilənin müddətini uzatmaq istəyir. Oyunçunun “qırmızılar”la qüvvədə olan razılaşması 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Mersisaydlılar futbolçu ilə 2027-ci ilin yayına qədər müddətə yeni müqavilə imzalamaq istəyirlər.

BrendSport.az
xəbər verir ki, bundan əvvəl misirlini fəal şəkildə Səudiyyə Ərəbistanı klubları ilə əlaqələndirirdilər. Yayda onlar Salahı əldə etməyə səy göstəriblər, lakin “Liverpul” onu satmaqdan imtina edib. Hesab olunurdu ki, “qırmızılar” oyunçunu gələn yay satacaqlar.

Lakin vəziyyət dəyişdi. Mersisaydlılar komandanın İngiltərə premyer-liqasında yüksək mövqelərdə olmasından faydalanmaq istəyirlər. Bunun fonunda “Liverpul” futbolçunu daha bir neçə il müddətinə saxlamaq məqsədilə misirliyə 2024-cü ildə yeni müqavilə təklif etmək niyyətindədir.

Cari mövsümdə 31 yaşlı cinah oyunçusu bütün turnirlərdə 26 oyun oynayıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş