Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bavariya” üçüncü divizion klubuna məğlub olaraq Almaniya kuboku ilə vidalaşıb


Futbol üzrə Almaniya kubokunun 1/16 final mərhələsində “Saarbrüken” öz meydanında “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib.

BrendSport.az
xəbər verir ki, meydan sahiblərinin qollarını Patrik Sonteymer (45+1) və Marsel Qaus (90+6) vurublar. Qonaqların yeganə qoluna isə Tomas Müller (16) imza atıb.

Qeyd edək ki, “Saarbrüken” Almaniya çempionatının üçüncü divizionunda çıxış edir. Klub hazırda 20 komanda arasında 15-ci yerdədir. “Saarbrüken” mövsümün əvvəlindən çempionatda 11 turda cəmi 3 qələbə qazanıb.

Bu məğlubiyyətlə, həmçinin “Bavariya”nın 13 matçlıq məğlubiyyətsizlik seriyası (11 qələbə, 2 heç-heçə) qırılıb. Münxen təmsilçisi sonuncu dəfə avqust ayında Almaniya Superkuboku matçında “Leypsiq”ə məğlub olmuşdu - 0:3.


Facebook-da paylaş

Xəbəri paylaş