Əsas Səhifə > Dünya idmanı > “Bavariya” üçüncü divizion klubuna məğlub olaraq Almaniya kuboku ilə vidalaşıb
“Bavariya” üçüncü divizion klubuna məğlub olaraq Almaniya kuboku ilə vidalaşıb2-11-2023, 08:58 |
Futbol üzrə Almaniya kubokunun 1/16 final mərhələsində “Saarbrüken” öz meydanında “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib. BrendSport.az xəbər verir ki, meydan sahiblərinin qollarını Patrik Sonteymer (45+1) və Marsel Qaus (90+6) vurublar. Qonaqların yeganə qoluna isə Tomas Müller (16) imza atıb. Qeyd edək ki, “Saarbrüken” Almaniya çempionatının üçüncü divizionunda çıxış edir. Klub hazırda 20 komanda arasında 15-ci yerdədir. “Saarbrüken” mövsümün əvvəlindən çempionatda 11 turda cəmi 3 qələbə qazanıb. Bu məğlubiyyətlə, həmçinin “Bavariya”nın 13 matçlıq məğlubiyyətsizlik seriyası (11 qələbə, 2 heç-heçə) qırılıb. Münxen təmsilçisi sonuncu dəfə avqust ayında Almaniya Superkuboku matçında “Leypsiq”ə məğlub olmuşdu - 0:3. Geri qayıt |