İsveçdə peşəkar boks qadağan edilə bilər
İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə peşəkar boksla məşğul olmağı qadağan edə bilər. Bu barədə "Boxing Scene" məlumat yayıb.
Qeyd edilir ki, bu, Ümumdünya Boks Super Seriyasının sabiq iştirakçısı Erik Skoqlundun döyüşlərdən birində kəllə-beyin travması alması hadisəsinə görə ola bilər. Bokscunun aldığı travma beyinə qanaxmaya gətirib çıxarıb.
İdmançı əməliyyat edilib və bir müddət medikamentoz koma vəziyyətində olub. Bu yaxınlarda Skoqlundu xəstəxanadan buraxıblar və o, indi ev şəraitində bərpa dövrünü keçir.
İsveç agentliyi bu hadisəni öyrənmək niyyətindədir və nəticələrdən asılı olaraq qəti qərar qəbul edəcək. Ölkədə peşəkar boksla məşğuliyyət bundan əvvəl də ciddi nəzarət altında idi.
Milli.Az
Facebook-da paylaş