Yeni baş məşqçisinin adına aydınlıq gətirildi - Premyer Liqa klubunun
İngiltərə Premyer Liqasının təmsilçisi “Şeffild Yunayted”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
BrendSport.az xəbər verir ki, həmin post Kris Uaylderə etibar edilib .
Müqaviləyə əsasən o, 2025-ci ilin yayına kimi adıçəkilən kluba rəhbərlik edəcək.
Uaylder 2023-cü ilin mayından işsiz idi. 56 yaşlı mütəxəssis artıq "Şeffild Yunayted"i (2016-2021) çalışdırıb.
Facebook-da paylaş