Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cahangir Həsənzadə: “Qadınlardan ibarət yığmamızın uğurunu kişilərdən də gözləyirik”


“Qadınlardan ibarət milli komandamızın uğurlu çıxışı sevindirici haldır. Milli komandaların qələbəsi hər zaman qürurvericidir”.

BrendSport.az
xəbər verir ki, bunu İdman.biz saytına Azərbaycan millisinin veteran futbolçusu Cahangir Həsənzadə deyib.

AFFA-nın Texniki direktoru qadın futbolçulardan Azərbaycanın yığmasının Millətlər Liqasında qrup birinciliyini təmin edərək B divizionuna yüksəlməsini dəyərləndirib. O bildirib ki, komandamızdan növbəti mövsümdə də uğurlu çıxış gözləyir: “Qrup mərhələsində məğlub olmamaq və sona 1 tur qalmış birinci yeri təmin etmək böyük nailiyyətdir. Düşünmürəm ki, bu uğur asanlıqla əldə olundu. Əksər oyunlarda minimal hesabla çətin qələbələr qazandıq. Amma bu, Millətlər Liqasının formatı da buna icazə verir. Heç bir halda qızlarımızın və məşqçilərimizin işini aşağılamaq istəmirəm. Çünki kifayət qədər əziyyət çəkib və keyfiyyətli iş görüblər”.

Millimizin sabiq qolkiperinin sözlərinə görə, kişi yığması ilə qadın komandasını müqayisə etmək düzgün deyil: “Bu, futbol olsa da, iştirakçı ölkələr arasında böyük fərqlər var. Buna rəğmən kişi futbolçularımızdan da eyni uğuru gözləyirik. Düşünürəm ki, bunu etmək o qədər də əlçatmaz deyil”.

Qeyd edək ki, V turda səfərdə Kipri 1:0 məğlub edən millimiz son görüşün nəticəsindən asılı olmayaraq qrup lideri kimi B divizionuna yüksəlmək şansı qazanıb.


Emin Ağa


Facebook-da paylaş

Xəbəri paylaş