Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



“Qarabağ” klubu avrokuboklara vəsiqəni təmin edib

“Qarabağ” klubu avrokuboklara vəsiqəni təmin edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında mükafatçılardan biri dəqiqləşib. XXVI turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk üçlükdə yerini təmin edib. Bununla da Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

BrendSport.az
Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdam təmsilçisi aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.
“Qarabağ” 1993-cü, 2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı, 2016-2017-ci, 2017-2018-ci, 2018-2019-cu, 2019-2020-ci və 2021-2022-ci il mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993-1994-cü, 1996-1997-ci, 2012-2013-cü və 2020-2021-ci il mövsümlərində gümüş medal qazanıb. 2003-2004-cü, 2009-2010-cu və 2010-2011-ci il mövsümlərində də üçlükdə yer alan “Qarabağ” bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geridədir. Bakı təmsilçisinin 20 mükafatı var.


Facebook-da paylaş