Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Fiziki tərbiyə müəllimi



Elçin Nəcəfov 22 aprel 1992-ci ildə Şamaxı şəhərəndə anadan olub. 15 sentyabr 1998-ci ildə inşaatçı qəsəbə tam orta məktəbinin I sinifnə gedib və 31 may 2008-ci ildə həmin məktəbin X sinifni bitirib.

BrendSport.az saytı xəbər verir ki, Elçin elə həmin il də Şamaxı Humanitar Kollecinin fiziki tərbiyə və gənclərin çağrışa qədərki hazırlıq fakultəsinə qəbul olub. 2012 ilin iyul ayinda oranı bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə yollanıb.

Əsgəri xidmətini Hərbi Hava Qüvvələrnin “N” saylı hərbi hissəsində 2014-cü ilin aprel ayında başa vurub.

Müəllimlərin işə qəbulu imtahanında iştirak edərək uğurlu nəticə əldə edərək Şamaxı şəhər Əngəxaran kənd tam orta məktəbimdə fiziki tərbiyə müəllimi təyinatı alıb.

İdmana uşaqlıqdan həvəsi böyük olub. Kiçik yaşlarında sambo idman növü ilə məşğul olmuş, bir neçə dəfə rayon birinciliyində mükafatçı olub.

Məşqçisi isə SSRİ idman ustası Şakir Nuriyev olmuşdur. Sonralar idmanın sərbəst güləş növü ilə məşğul olmaqa başlayıb. Yeniyetmələr arasında rayon üçüncüsü olub.

Gənclər arasında respublika yarışlarında iştirak edib. Güləş üzrə məşqçisi isə Qüdrət Məmmədyarov olub.

Birinci dərəcəli idmançı dərəcəsi alıb. Hazırda Şamaxı rayon Əngəxaran kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

Alxas Məmmədov


Facebook-da paylaş