Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Hər rayonun öz idman tarixi var”



Türkan Qarayeva 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialinin tarix-coğrafiya fakültəsinə daxil olub. 2011-ci ildə bitirib.

2016-ci ildən Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq muzeyində bələdçi vəzifəsində çalışmaga başlayıb.

BrendSport.az saytı xəbər verir ki, orta məktəbdə ən sevdiyi idman növü futbol və voleybol olub. Biz də Türkan xanımla bu barədə qısa həmsöhbət olduq.

- Türkan xanım, idmana olan marağınız?

- Marağım həvəskar səviyyəsində olsa da muzey işim onu da əlimdən alıb. Bir ona sevinirəm ki, vaxtı ilə idmana olan bağlılığım indi iş həyatımda özünü göstərir.

- Sizcə, müzeyin idmanla nə əlaqəsi var?



- Məncə, var və olmalıdı. Çünki beynəlxalq arenada hər bir idman klubunun özünün muzeyi var və öz tarixlərini o muzeydə canlandırırlar. Arzu edərdim ki, gələcəkdə bizdə də, həm böyük şəhərlərimizdə, həm də bölgələrdə idman muzeyləri yaradılsın. Bəli, niyə də olmasın? Axı hər rayonun öz idman tarixi var. Eyni zamanda tanınmış idmançıları da az deyil.

- Bəs idmana aid eksponatlar neçə?

- Hər tanınmış idmançı muzeyə nəsə hədiyyə etsə, bu da olar əyani eksponat və müzeyin fondu. Siz də bu muzeydə təmsil oluna bilərsiniz.

- Biz niyə?

- Səhv eləmirəmsə, mətbuat olaraq siz - BrendSport.az saytı ilk dəfə bu məsələyə toxunmusunuz. Ona görə də sizinlə daha yaxından əməkdaşlıq xoş olardı.

- Çox sağ olun maraqlı söhbətə görə.

- Siz də sağ olun.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş