Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tələbələri ilə fəxr edən məşqçi



Cəfərov Vurğun Loğman oglu 4 avqust 1978-ci ildə anadan olub. 1990-cı ildən taekvondoyla məşgul olur. 1996-ci ildə İspaniyanin Barcelona şəhərində I dan gara kəməri almışdır. Hazırda II dan qara kəmər sahibidir.

BrendSport.az xəbər verir ki, ilk dünya cempionatında Barselonada cıxış edib. Sumqayıt Dövlət Universitetini bitirib. Hazırda 2-ci ali təhsil kimi Bədən Tərbiyəsi Akademiyasının V kursunda oxuyur.

Sumqayıt Olimpiya Kompleksinin və 2 saylı Gömrük Klubunun baş məşqçisidir. Sumqayıt Taekvondo Mərkəzinin və Azərbaycan Taekvondo Federasiyasının məşqçisidir.

Tələbələrindən Nicat Mikayılov və Ülkər Musayeva Avropa çempionları, Cavid Məmmədov klublararası Avropa üçüncüsü, 3 dəfə Azerbaycan çempionu, Fizam Mehtiyev Avropa üçüncüsü, klublararası Avropa çempionu, böyüklər arasında Azərbaycan çempionu, Mehriban Məmmədova klublarararası Avropa çempionu, Avropa üçüncüsü, 4 dəfə Azərbaycan çempionu, Xanoğlan Kərimov Avropa ikincisi, klublararası Holandiya, Avstriya, Afina turnirlərinin qalibi, İlkin Dünyamaliyev Avropa üçüncüsü olmuşlar.

Əliqasım


Facebook-da paylaş

Xəbəri paylaş