Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləşçimiz Cəbrayıl Həsənov beynəlxalq turnirin gümüş medalını qazanıb




Dağıstanın paytaxtı Mahaçqalada Pekin Olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib.

Turniri digər yarışlardan fərqləndirən əsas cəhət idmançıların yalnız bir çəki dərəcəsində mübarizə aparmaları olub. Vaxtilə Murad Qaydarovun yüksək nəticələr qazandığı 74 kiloqram çəki dərəcəsində baş tutan turnirdə yığmamızın kapitanı Cəbrayıl Həsənov iştirak edib.

Finaladək üç görüş keçirən Cəbrayıl Həsənov ilk qarşılaşmasında alnından zədələnsə də, mübarizəni sonadək davam etdirib. Yarımfinalda Maqomed Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən üstün olan Cəbrayıl Həsənov görüşü qalib başa vurub və finala yüksəlib.

Həlledici görüşdə Taciddin Akayevlə qarşılaşan güləşçimiz görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından zədə alan Cəbrayıl görüşü davam etdirə bilməyib və turniri ikinci sırada tamamlayıb.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş