Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq

“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin yarımfinalçılarının adları mayın 27-də müəyyənləşəcək.
BrendSport.az xəbər verir ki, turnir iştirakçıları dörddəbir final mərhələsinin həlledici oyunlarında iştirak edəcəklər. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət olacaq cavab matçında niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Şahmatçımızın qələbə qazanması üçün heç-heçə də kifayət edəcək. Belə ki, birinci matçda şahmatçımız rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib.
Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) isə Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb. Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) qarşılaşması heç-heçə başa çatıb.
Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.
“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində “bitcoin” olacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon ABŞ dollarıdır.



Facebook-da paylaş

Xəbəri paylaş