Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat turniri



BrendSport.az saytı xəbər verir ki, Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib. Turnir Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Ağ Top” şahmat klubunun birgə təşkilatçılığı ilə açıq havada təşkil edilib.
Yarışın keçirilməsində məqsəd Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirəsini yad etmək, yeniyetmə və gəncləri şahmata cəlb edərək bu idman növünü daha da inkişaf etdirməkdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev və başqaları çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verməsindən, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan mühüm qələbənin əhəmiyyətindən danışıblar. Çıxış edənlər, eyni zamanda, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini və idmançılarımızın beynəlxalq arenada ölkəmizi uğurla təmsil etdiklərini vurğulayıblar.
Yarışdan əvvəl iştirakçılar koronavirusla bağlı xüsusi tibbi yoxlanışdan keçiblər. Yarış iştirakçılarına Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar sosial izolyasiya qaydalarına əməl olunmasının vacibliyi izah edilib.
Yarışda 41 həvəskar şahmatçı iştirak edib. Ümumi hesabda Rüfət Əbdülbağıyev, Ələsgər İbrahimli, Krişnadas Hüseynov ilk 3 yeri tutub. Qızlar arasında ən yüksək nəticəni Lalə Hüseynova, 12 yaşadək yeniyetmələr arasında isə Əhmədağa Həşimov qazanıblar. Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar.
Qeyd edək ki, Aprel döyüşləri şəhidi Sənan Axundov 1979-cu ilin sentyabrın 29-da Füzuli şəhərində anadan olub. 1993-cü ildə erməni quldurlarının Füzuli şəhərinin bir hissəsini işğal etməsi ilə Axundovlar ailəsi qaçqın həyatı sürməyə başlayıb. Sənan Axundov 1997-ci ildə Binəqədi rayonunda yerləşən N.Babayev adına 144 saylı tam orta məktəbi bitirib. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi, 2005-ci ildə Almaniya Hərbi Akademiyasını və 2009-cu ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Sənan Axundov daha sonra Müdafiə Nazirliyində fəaliyyətə başlayıb.
Polkovnik-leytenant Sənan Axundov 2016-cı ilin aprelində Lələtəpə istiqamətində minaya düşərək şəhid olub.


Facebook-da paylaş