Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Qara kəmərə namizəd taekvonduçular imtahan verdi



Bu gün Azərbaycan Taekvondo Federasiyasında qara kəmərə nazmizəd taekvondoçuların respublika üzrə növbəti imtahan prosesi keçirildi. İmtahan zamanı bütün idmançılar var-qüvvələri ilə çıxış edərək öz məharətlərini göstərməyə çalışmışlar.

Yekunda bacarığını nümayiş etdirə bilənlərin bir qismi ilk, digərləri isə növbəti kəmərlərini qazandılar.

Bir çox taekvonduçularla yanaşı Ağdaş taekvondo komandasının məşqçi-müəllimi Eşqin İsmayıliov IV dan qara kəmər sahibi oldu.

Eyni zamanda, Şamaxı Olimpiya Mərkəzinin yetirməsi olan Xanım Osmanova isə Şamaxı rayonu üzrə qadınlar arasında ilk dəfə olaraq I dan qara kəmərin sahibi oldu.

Biz də BrendSport.az saytı olaraq imtahanda iştirak edən və uğur qazanan bütün idmançılarımızı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.





Facebook-da paylaş