Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



DİN İdman Cəmiyyətinin üzvü ciu-citsu üzrə dünya çempionatının baş mükafatına sahib olub



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə ciu-citsu üzrə növbəti dünya çempionatı keçirilib. Altmış iki ölkədən dörd yüzdən çox idmançının mübarizə apardığı çempionatda Azərbaycan atletləri də yarışıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BrendSport.az -a bildiriblər k, yığma komandamızın heyətində yer alan DİN İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Elşən İbişov 85 kiloqram çəki dərəcəsində Almaniya, Polşa və Kolumbiya təmsilçilərinə qalib gələrək baş mükafata sahib olub.

İdman ustası E.İbişov cui-citsu ilə yanaşı, cüdo və sambo ilə də məşğul olur. Sambo üzrə Avropa çempionatının bürünc medalçısı E.İbişov əlbəyaxa döyüş üzrə dünya çempionatında da həmin nəticəni göstərib. O, cüdo üzrə Dünya Oyunlarında iki dəfə gümüş medala sahib olub. E.İbişov, həmçinin polis idmançıları arasında keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb.


Facebook-da paylaş