Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FHN-nin karate komandası uğurlu çıxışlarını davam etdirir



28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya Ümidləri” adlı Karate üzrə beynəlxalq turniri keçirilib.

BrendSport.az saytı xəbər verir ki, 67 komandadan 800-dən çox idmançının mübarizə apardığı yarışa Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Budokan” idman klubunun idmançıları da qatılıblar.

FHN-in komandası beynəlxalq turnirdə İdman - Sağlamlıq Mərkəzinin məşqçi- müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər.

Belə ki, komandanın üzvləri Altay Hüseynli 10-11 yaşlı idmançılar arasında 40 kq çəki dərəcəsində 5 döyüş, Seyidəli Fəttahlı 9 yaşlı idmançılar arasında 28 kq çəki dərəcəsində 5 döyüş, Hüseyn Əzizov 8 yaşlı idmançılar arasında 23 kq çəki dərəcəsində 4 döyüş, Nərmin Əhmədova 11 yaşlı idmançılar arasında 35 kq çəki dərəcəsində 2 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olublar.

Komandanın digər üzvləri Zamiq Əliyev 7 yaşlı idmançılar arasında 28 kq çəki dərəcəsində 5 döyüş, Əli Əliyev 10 yaşlı idmançılar arasında 35 kq çəki dərəcəsində 4 döyüş, Məryəm Bayramova 10 yaşlı idmançılar arasında 30 kq çəki dərəcəsində 3 döyüş keçirərək gümüş medal qazanıblar.
Əli Səfərov 10-11 yaşlı idmançılar arasında 30 kq çəki dərəcəsində 4 döyüş, Arif Salayev 11 yaşlı idmançılar arasında 35 kq çəki dərəcəsində 3 döyüş keçirərək bürünc medala yiyələniblər.







Facebook-da paylaş

Xəbəri paylaş