Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Neftçi” klubu Avropa Liqasının birinci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib



Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” komandası ilə oyun üçün sifariş ərizəsini qitənin ali futbol qurumuna təqdim edib.

BrendSport.az xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 11 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib. “Neftçi”nin sifariş ərizəsində qapıçılardan Səlahət Ağayev, Kamran İbrahimov və Aqil Məmmədovun adları salınıb. Müdafiəçilərdən Mamadu Mbodj, Anton Krivotsyuk, Voislav Stankoviç, Tural Axundov, Kirilo Petrov, Ömər Buludov, Mehmet Serin və Şöhrət Yusifovun adları siyahıya daxil edilib. Yarımmüdafiəçilərdən Namiq Ələsgərov, Emin Mahmudov, Dario Frederiko, Vanqelis Platellas, Rəhman Hacıyev, Stiven Jozef-Monroz, Turan Vəlizadə, Mamadu Kane, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı, Soni Mustivarın adlarının yer aldığı siyahıda hücumçu mövqeyində Baqali Dabo və Rauf Əliyev qeyd olunublar.

Xatırladaq ki, “Speranta” ilə ilk oyun iyulun 11-də “Zimbru” stadionunda, cavab matçı isə bir həftə sonra “Bakcell Arena”da keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Facebook-da paylaş