Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ROVM-in Açıq Birinciliyi keçirilib



BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi vahid idman təqvim planına əsasən Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə Açıq Birinciliyi keçirilib. Respublika Velotrekində təşkil edilən yarışda klub və cəmiyyətlərin 6 yaş qrupunda 65 idmançısı mübarizə aparıb.

2005-2006-cı il təvəllüdlü qızların 330 metr məsafəyə mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radxa Şabanova 1-ci yeri tutub. Onun komanda yoldaşı Fatimə Əfqanzadə 2-ci, 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Mədinə Atabalayeva isə 3-cü olub.

Bu yaş kateqoriyasında çıxış edən oğlanlar da 330 metr məsafəyə yarışıblar və fəxri kürsüyə Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri qalxıblar – Mirsaleh İbadov 1-ci, Əlihüseyn Musazadə 2-ci, Hüseyn Nərimanov 3-cü yeri tutub.

2003-2004-cü il təvəllüdlü oğlan velosipedçilərin 500 metr məsafəyə mübarizəsində ilk üçlüyə Mehran Əhmədzadə, Rəşid Ələkbərov və Natiq Meydərov düşüblər. Adları çəkilən idmançıların hər üçü Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir.

2001-2003-cü il doğumlu qızlar da 500 metr məsafəyə yürüşdə bacarıqlarını nümayiş etdiriblər və burada da təşkilatçı cəmiyyətin üzvləri mükafata layiq yerlər tutublar – Zəhra Əfqanzadə qızıl, Natəvan Vəliyeva gümüş, Aygün Mahmudlu isə bürünc medal qazanıb.

Gənc oğlanların (2000-2002) 1 km məsafəyə mübarizəsində Dövlət Təhlükəsizliyi Xidməti Velosiped klubunun üzvü Əli Qurbanov ən yüksək nəticə göstərib. 2-ci yerə Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Yelmar Şahmarzadə, 3-cü yerə isə 7 saylı Olimpiya Məktəbinin velosipedçisi Əmral Əbdüləzizili layiq görülüb.

Və nəhayət, U23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Ənvər Xamiyev 1-ci, Ayxan Mahmudov isə 2-ci olub. Fərqlənən idmançılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.














Facebook-da paylaş

Xəbəri paylaş