Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sportinq" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək



"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə Portuqaliyada keçirəcəyi ilk tur oyununa bütün təyinatlar açıqlanıb.

UEFA matçı fransalı hakimlər briqadasına tapşırıb.

Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni yadım edəcək. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaq.

Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək, UEFA nümayəndəsi çexiyalı Patrik Filipek olacaq.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş