Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Xəzər Lənkəran"ın sabiq legioneri "Kəpəz"də - rəsmi




Qış fasiləsində bir neçə oyunçu ilə vidalaşan “Kəpəz” heyətinə iki futbolçu cəlb edir.

Bu barədə komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bir müddətdir danışıq apardıqları Dieqo Souza ilə razılıq əldə olunub. 29 yaşlı futbolçu yanvarın 8-də Bakıya gələcək. Onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Souza ölkəmizə yad futbolçu deyil. 2008-2011-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş yarımmüdafiəçi daha sonra Bakı “İnter”inə keçmişdi. Onun “Xəzər Lənkəran”a 2-ci qayıdışı isə 2015-ci ilin yayında, məhz Yunis Hüseynovun cənub klubuna baş məşqçi təyin olunduğu dövrə təsadüf edir. Souza 2015-2016 mövsümündə isə "Zirə"də çıxış edib.

"Kəpəz"in digər transferi isə Tərzin Cahangirovdur. Son klubu "Neftçi" olan yarımmüdafiəçi ilə yanvarın 6-da 1 illik müqavilə imzalanacaq.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş