Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiyanın yeni Baş Naziri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə “Tokio-2020”yə hazırlığı müzakirə edib

Yaponiyanın yeni Baş Naziri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə “Tokio-2020”yə hazırlığı müzakirə edib

Yaponiyanın yeni Baş Naziri Yoşihide Suqa ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax arasında telefon danışığı olub.
BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın Olimpiya və Paralimpiya oyunları üzrə naziri Seyko Haşimoto məlumat verib. O deyib ki, telefon danışığı zamanı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının açılışı və uğurla təşkili üçün hazırlıqlar müzakirə edilib.
Keçən həftə təşkilat komitəsinin sədri Yoşiro Mori də T.Bax ilə telefon əlaqəsi saxlayıb. O, həmin danışığın nəticəsi olaraq BOK rəhbərinin oktyabrın sonunda Yaponiyaya səfər edərək ölkənin yeni Baş Naziri ilə görüşə biləcəyi barədə məlumat verib.
Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Xəbəri paylaş