Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İndi itirdiklərimizi mövsümün sonunda axtaracağıq"

"İndi itirdiklərimizi mövsümün sonunda axtaracağıq"

“İnter”lə oyundan sonra “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev müsahibə verib.

- “İnter” gözlədiyiniz kimi oynadı?

- Hər iki komandanın 6 xalı var idi. Buna görə də, bilirdik ki, “İnter” fərq yaratmağa çalışacaq. Bizim də niyyətimiz bu idi – 3 xal qazanmaq və liderlərə yaxınlaşmaq. Oyun göstərdi ki, bizim qol epizodlarımız çox idi. “İnter” taktikasını əks-hücumlarda qurmuşdu.

- Ancaq “İnter”in futbolçuları daha çox qol epizodu qaçırtdıqlarına görə üzüldüklərini vurğulayıblar...

- Ola bilər. Birinci hissədə ən azı 2 epizodda Orxan komandasını qoldan xilas etdi. İkinci hissənin sonlarına yaxın “İnter” 2-3 epizodda qol vurmağa yaxın oldu. 90 dəqiqə ərzində oyun getdi-gəldi. Heç-heçəni ədalətli nəticə hesab etmək olar.

- Bu cür isti hava şəraiti oynamağa imkan verirdimi?

- Temperatur yüksək idi, havada bürkü var idi. Futbolçuların ləng hərəkət etməsi bundan qaynaqlanırdı. Qaçmaq, mübarizə aparmaq çətin idi. Yay fəslində oyunları axşam saatlarına təyin etsələr, yaxşı olar. Görünür, oyun “CBC Sport”un yayımı ilə əlaqədar bu saatda keçirildi. İstənilən halda yay fəslində axşam oynasaq, maraqlı mübarizənin şahidi olmaq mümkün olar.

- Havanın isti olması ilə yanaşı örtüyün də süni olmas ikiqat mənfi təsir edirdi…

- Ona görə bürkü yaradırdı. Örtükdən qalxan isti çox pis təsir edirdi.

- 5 oyundan 7 xal toplamısınız. Avrokuboklara vəsiqə qazanmaq istəyən komanda üçün bu göstərici normaldı?

- İndi itirdiyimiz xalları mövsümün sonunda axtaracağıq. “Zirə”yə uduzduq, “İnter”lə oyunda 2 xal itirdik. Yekunda bunlara ehtiyacımız olacaq.

- Avrokuboklara vəsiqə üçün kimləri əsas rəqibiniz hesab edirsiniz?

- “Qarabağ” çox güclüdü. Yeni futbolçularla çempionluğu heç kimə verməyəcəklər. Digər yerlər uğrunda “Qəbələ”, “Sumqayıt” və “Zirə” mübarizə aparacaq.

- “Neftçi” ilə “İnter”i bu siyahıya daxil etmirsiniz?

- “Neftçi”nin necə olacağı bilinmir. Yeni baş məşqçi təyin edilib. Tərlan müəllimə (Tərlan Əhmədov) uğurlar arzulayıram. “İnter” zəif rəqib deyil. Onlar da avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq.

- “Sumqayıt”da lider futbolçu yoxdu. Amma komandanın hazırkı nəticələri zəif deyil…

- Bu, kollektivin zəhmətinin nəticəsidi. Bizdə lider futbolçu yoxdu, amma komanda ruhu var. Kollektivin mübarizliyinin nəticəsidi. Kimsə önə çıxsın, komandanı arxasınca aparsın – belə futbolçumuz yoxdu.

apasport


Facebook-da paylaş

Xəbəri paylaş