Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bu komanda sonuncu pilləyə layiq deyil”



Azərbaycan Premyer Liqasının IV turunda “İnter”in qonağı olan “Kəpəz” məğlubiyyətdən qaça bilməsə də, legioner transferləri xoş təəssürat yarada bildi. Onlardan biri olan Viktor Oseqeyl oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
 
- Birinci hissənin bu qədər məhsuldar keçəcəyini gözləyirdinizmi?

- Əslində, oyuna yaxşı köklənmişdik. Çalışırdıq ki, qələbə qazanaq. Hadisələrin axarı isə çox sürətli oldu. Rəqib erkən qol vurdu. Ümumiyyətlə, qolların əksəriyyəti standart vəziyyətlərdən sonra vuruldu. Futbolda bu cür süərtli hadisələr də baş verir.
 
- Rəqib oyun planında “Kəpəz”i üstələməsə də, ardıcıl 3 qol vurdu. Müdafiədə bu qədər boşluq buraxmaq komandanın yenidən qurulmasının göstəricisidi?

- Razıyam, biz daha fəal idik. Amma qol buraxmışıqsa, bu, komandanın səhvidi. Mövqelərə bölməyimiz düzgün olmazdı. Komanda yeni qurulub, biz də bura yeni gələn futbolçulardanıq. Oyundan-oyuna daha yaxşı çıxış edəcəyik.
 
- Buraxdığınız qollardan sonra ikisinin əvəzini çıxmağı bacardınız. Bəs heç-heçə üçün nə çatmadı?

- Qol epziodlarımız da oldu, ancaq yararlana bilmədik. Fasiləyə qədər bunu etmək imkanımız oldu. İkinci hissədə də üçüncü qolu vurmağa yaxın idik. Ancaq son anda dəqiq oynaya bilmədik. Məncə, komanda gələcəyə ümid verdi.
 
- Nəticəni ədalətli hesb edirsinizmi?

- Oyunun gedişində gah biz, gah da rəqib üstünlüyü ələ aldı. Elə epizodlar oldu ki, biz onları üstələdik. Müəyyən məqamlarda isə bu üstünlüyü əldən verdik. Ümumi götürdükdə, məncə uduzmamalı idik. Oyunun ədalətli nəticəsi hər iki komandanın xalla ayrılması olardı.
 
- Komandanıza uyğunlaşa bilmisinizmi?

- Yeni yığılmış komandamız var. Bura gələn hər bir futbolçu üzərinə düşən məsuliyyəti anlayır. Nizam-intizam yüksək səviyyədədi. Yaxşı futbolçularımız var. Bu komanda sonuncu pillədə yer almağa layiq deyil. Çalışacağıq hadisələrin axarını dəyişək. Təbii ki, yeni qurulmuş komandaya müəyyən qədər vaxt lazımdı. Çempionatın səviyyəsi də yaxşıdı.


Facebook-da paylaş

Xəbəri paylaş