Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi" heyətinə yeni futbolçu cəlb edib





"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.

Gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə "İnter” klubunun heyətində Premyer Liqada debüt etmiş E.Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş E.Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transferimiz ötən il U-21 milli komandamıza da cəlb olunub.

Trend.az


Facebook-da paylaş

Xəbəri paylaş