Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın kişi şpaqaçıları Xorvatiyada keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər



Azərbaycanın kişi şpaqaçıları Xorvatiyanın Split şəhərində keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər.

BrendSport.az xəbər verir ki, qrupda keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran qılıncoynadanlarımızdan Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyev turnirin pley-off mərhələsinə yüksəliblər. Otuzikidəbir finalda Türkiyə təmsilçisi Barış Cana 15:11 hesabı ilə qalib gələn R.Həsənov, onaltıdabir finalda xorvatiyalı Riçard Şmidtə 10:15 hesabı ilə məğlub olub.

Kənan Əliyev və Barat Quliyev isə mübarizəni otuzikidəbir finalda dayandırıblar. B.Quliyev Rumıniya idmançısı Adrian Kiprian Jilagiyaya 10:15, K.Əliyev isə rusiyalı Dmitriy Qusevə 9:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsini qələbəsiz başa vuran Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.


Facebook-da paylaş

Xəbəri paylaş