Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır



Kişi boksçulardan ibarət Azərbaycan yığma komandası dünya çempionatına ciddi hazırlaşır. Bakı Boks Mərkəzində keçirilən təlim-məşqlərdə “Qızıl Əlcək” idman klubunun yetirmələri də hazırlıqlarını davam etdirirlər. Sonda ən güclülər dünya çempionatında ölkəmizi təmsil edəcək heyətdə yer alacaqlar. Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır.

BrendSport.az xəbər verir ki, Bu sözləri “Qızıl Əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatına hazırlıqla bağlı AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan boksçuları ötən illər ərzində dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında fərqləniblər: “Təmsilçilərimiz ötən illər ərzində dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Düşünürəm ki, boksçularımız bu nüfuzlu turnirdə də öz potensiallarından maksimum istifadə edəcəklər”.


Facebook-da paylaş

Xəbəri paylaş