Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycanın 7 cüdoçusu Budapeştdə keçirilən Qran-Prinin birinci günündə mübarizəyə qoşulub



İyulun 12-də Budapeştdə cüdo üzrə Qran-Pri turniri start götürüb.

BrendSport.az xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayıb. Altmış kiloqram çəki dərəcəsində yarışda Oruc Vəlizadə ilk görüşdə braziliyalı Felipe Elim, Kəramət Hüseynov avstriyalı Kimran Borçaşvili ilə qarşılaşacaqlar. İbrahim Əliyev (66 kq) argentinalı Tal Almoq ilə gücünü sınayacaq.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizəyə başlayacaq iki idmançımızın rəqibləri Avstriya təmsilçiləri olacaqlar. Aişə Qurbanlını Katarina Tanzer, Leyla Əliyevanı Liza Denq ilə qarşılaşmalar gözləyir. Gültac Məmmədəliyeva (52 kq) və İçinxorloo Munxtsedev (57 kq) isə avstraliyalı idmançıları sınağa çəkəcəklər. G.Məmmədəliyeva Tinka İston, İ.Munxtsedev Castin Bişop ilə qarşılaşacaqlar.

Budapeşt Qran-Prisində ölkəmizi 7 kişi, 5 qadın cüdoçu təmsil edir.


Facebook-da paylaş