Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazanıb



Ötən həftə Osiyekdə (Xorvatiya) idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşaraq, estafeti Sloveniyanın Koper şəhərinə təhvil verdi. Təmsilçilərimiz bu yarışda da uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar.

BrendSport.az xəbər verir ki, bu gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə dövlət himnimizi qürurla səsləndiriblər.

Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.

Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq fəxri kürsünün ilk pilləsində qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş