Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçumuz Gültac Məmmədəliyeva Avropa kubokunun qalibi olub



Cüdoçumuz Gültac Məmmədəliyeva Rumıniyada keçirilən Avropa kuboku turnirində qızıl medal qazanıb.

BrendSport.az xəbər verir ki, turnirdə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici döyüşdə macarıstanlı cüdoçu Reka Puppa qalib gələn idmançımız Avropa kubokunun qalibi olub.

Komandamızın üzvləri Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) isə turniri üçüncü yerdə başa vurublar. Bürünc medal uğrunda döyüşdə L.Əliyeva avstriyalı Maru Kraft, A.Qurbanlı rumıniyalı Aleksandra Popu məğlub ediblər.

Qeyd edək ki, qitə turnirində 8 qadın cüdoçumuz mübarizə aparır.

İyunun 2-dək davam edəcək yarışda 31 ölkədən 400-ə yaxın idmançı iştirak edir.


Facebook-da paylaş

Xəbəri paylaş