Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz tarixi uğuru təkrarladı



Qadın voleybolçulardan ibarət Azərbaycan yığması tarixi rekordunu təkrarlayıb. Millimiz buna Avropa çempionatının yarımfinalına çıxmaqla nail olub.

Belə ki, bu zamana qədər ən yaxşı nəticəmiz 2003-cü ildə, Xorvatiyanın paytaxtı Zaqrebdə qeydə alınmışdı. Həmin turnirdə də yığmamız yarımfinala kimi irəliləmişdi. Lakin orda son iki matçda məğlub olan millimiz çempionatı 4-cü pillədə başa vurmuşdu.

Lakin bu dəfə voleybolçularımızın tarixi nailiyyətə imza atmaq şansı böyükdür. Doğma divarlar arasında keçirilən çempionatda komandamız Hollandiyanı məğlub etsə, bu, artıq yeni rekord olacaq.

Bununla yanaşı qazanılacaq hər bir medal millimiz üçün ilk hesab olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş