Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şahmat üzrə dünya çempionatında Azərbaycan yığması Çin komandası ilə qarşılaşacaq



Martın 5-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə qadınlar və kişilər arasında komandalararası dünya çempionatı start götürəcək.

BrendSport.az xəbər verir ki, dünyada kişilər arasında on ən güclü komandadan olan Azərbaycan millisi də yarışlarda mübarizə aparacaq. Dairəvi sistem üzrə 9 turdan ibarət olacaq dünya çempionatının ilk turunda millimiz mundialın reytinq favoritlərindən olan Çin yığması ilə qarşılaşacaq. Yığmamızın üzvlərindən Arkadi Naydiç Dinq Liren, Rauf Məmmədov Yu Yanci, Eltac Səfərli Bu Syanci, Qədir Hüseynov isə Ni Xua ilə mübarizə aparacaq.

Millimizin əsas üzvləri - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov heyətdə olmasalar da, komandamız reytinqə görə yalnız Rusiya və Çindən geri qalaraq turnir cədvəlinin ilk üçlüyündə yer alıb. Azərbaycan şahmatçılarının reytinq göstəriciləri aşağıdakı kimidir: Arkadi Naydiç – 2710, Rauf Məmmədov - 2691, Qədir Hüseynov - 2664, Eltac Səfərli – 2640 və Nicat Abbasov - 2630. Komandalar arasında reytinq baxımından ən güclü heyət Rusiyaya məxsusdur: Sergey Karyakin - 2753, Yan Nepomnyaşi - 2771, Aleksandr Qrişuk - 2771, Dmitri Andreykin - 2725 və Vladislav Artemyev - 2736). Reytinqə görə, sonrakı pillədə Çin komandası qərarlaşıb: Dinq Liren - 2812, Yu Yanci - 2761, Bu Syanci - 2731, Ni Xua – 2683, Vey Yi - 2730.

Qeyd edək ki, Azərbaycan, Hindistan və ABŞ komandalarının ən güclü şahmatçıları çempionata qatılmayıblar.

AZƏRTAC


Facebook-da paylaş