Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paralimpiyaçılarımız ilk dəfə qış idman növü üzrə beynəlxalq yarışda iştirak edəcəklər



Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq idmançılarımız qış idman növü üzrə beynəlxalq yarışa qatılacaqlar.

BrendSport.az xəbər verir ki, milli komandamızın üzvləri Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snoubord) Asiya çempionatında iştirak etmək üçün yanvarın 31-də Tehrana yola düşüblər. Yarışlar yanvarın 31-dən fevralın 7-dək keçiriləcək.

Bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarla görüşüb, onların hazırlıq vəziyyəti ilə maraqlanıb. O, idmançılarımızın qış idman növü üzrə ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

İdmançılarımız yarışa hazırlıq məqsədilə yanvarın 14-25-də “Şahdağ” qış-yay turizm kompleksində təlim-məşq toplanışında iştirak ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş