Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-nın yeni reytinq siyahısı



Avropa Liqasının 1/16 final mərhələsinin ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Baş tutan 15 qarşılaşma siyahıda cüzi dəyişikliklərə səbəb olub.

Düzdü, xal hesabı dəyişənlərin sayı daha çoxdu. Lakin irəliləmək yalnız üç ölkəyə nəsib olub. Rumıniya 20-ci pilləni Polşadan almağı bacarıb.

Serbiya və Şotlandiya da hərəyə 1 pillə irəliləyib. Onlar Belarusun iki addım geriləməsindən yararlanıb. Balkanlılar 25-ci, britaniyalılar 26-cı sıranı ələ keçirib.

Serbiya həm də Azərbaycanla fərqi 0,375-ə qədər azaldıb. Avrokuboklar mövsümünü başa vuran Azərbaycanın mövqeyi hələlik toxunulmaz qalıb.

Ölkəmiz qitənin 23-cüsüdü. 2017/18 mövsümündə 4,375 xal qazanan Azərbaycan son 5 ilin nəticələrinə görə 19,125 xala malikdi.

Qeyd edək ki, avrokuboklara start verən 55 ölkədən yalnız 20-si mübarizəni davam etdirir. Cədvələ İspaniya başçılıq edir – 101,426 xal.



Qeyd: Komanda sütununda “/” işarəsindən öndə mübarizəni davam etdirən komandaların sayı göstərilib.


Facebook-da paylaş

Xəbəri paylaş