Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ”ın U-12 komandası beynəlxalq turnirə dəvət alıb



Araz Bağırovun baş məşçqisi olduğu komanda Gürcüstanda keçiriləcək "Bendela CUP” turnirində iştirak edəcək. Turnirin təşkilatçısı Gürcüstan Futbol Federasiyası və "Saburtalo” futbol klubudur. 18-24 aralığında keçiləcək turnirdə Gürcüstan və Rusiyanın aşağı yaş qrupunda mübarizə aparan komandaları da iştirak edəcək. Ölkəmizdən isə yalnız "Qarabağ” U-12 dəvət olunub. 20-24 komanda qruplara bölünəcək və ilk 2 yeri tutan klublar 1/8 finala vəsiqəni təmin edəcək. 28-ci dəfə keçirilən turnirin məqsədi uşaqlarda futbol sevgisini aşılamaq, uşaq futbolçular arasında dostluq münasibətləri yaratmaqdır.

Məlumat üçün bildirək ki, "Qarabağ”ın U-12 komandası bu gün "Səbail”in eyni yaş qrupundan olan komandasını 4-0 hesabı ilə mğlub edərək, 32 xalla vahid liderdir. İkinci olan "Səbail” U-12 komandasının 29 xalı var.


Facebook-da paylaş

Xəbəri paylaş