Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın Roma fəthi




Çempionlar Liqasının qrup mərhələsinin VI turu Azərbaycan çempionu “Qarabağ” üçün əlamətdar olacaq. İtaliya paytaxtı Romada eyniadlı komandanın qonağı olacaq Ağdam klubu “90”ı fəth edəcək.

Belə ki, Olimpiya stadionundakı qarşılaşma “Qarabağ”ın avrokuboklarda yubiley – 90-cı matçı kimi tarixə düşəcək. “Roma” ilə oyunadək komandamızın hesabında 89 görüş var.

Qitə miqyaslı turnirlərdə 1996-cı ildə debüt edən “Qarabağ” 21 illik Avropa təcrübəsi zamanı 32 qələbə qazanıb, 24 heç-heçə edib. 33 məğlubiyyəti olan Ağdam klubu 88 qol vurub və 114-nü buraxıb. Təmsilçimizin 2 qol vurmağı inandırıcı görünməsə də, bunun gerçəkləşməsi ilə vurulan qol sayı oyun sayı ilə bərabərləşəcək.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş