Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Vüqar Həşimov memorialı”: Bu gün növbəti iki turun oyunları keçiriləcək

“Vüqar Həşimov memorialı”: Bu gün növbəti iki turun oyunları keçiriləcək


Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirində dekabrın 19-də növbəti iki turun oyunları baş tutacaq.
BrendSport.az xəbər verir ki, rapid yarışlarının ikinci turunda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Vüqar Əsədli üz-üzə gələcəklər. Rauf Məmmədov ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq. Riçard Rapport (Macarıstan) sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, Çexiya təmsilçisi David Navara isə rusiyalı Sergey Karyakin ilə üz-üzə gələcəklər.
Üçüncü turda Ş.Məmmədyarov rusiyalı S.Karyakinlə, V.Əsədli isə R.Məmmədovla oynayacaq. Çexiyalı D.Navara V.Anand (Hindistan), macarıstanlı R.Rapport isə F.Karuana (ABŞ) ilə qarşılaşacaq.
Vüqar Həşimov memorialına dekabrın 24-də yekun vurulacaq. İlk turdan sonra Ş.Məmmədyarov, R.Rapport və F.Karuana 3 xalla ilk sıraları bölüşürlər. R.Məmmədov 2 xalla 4-cü, V.Anand isə 1 xalla 5-cidir. V.Əsədli, D.Navara və S.Karyakinin isə xalı yoxdur.
Memorialda rapid yarışları 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş