Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb

“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb


İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb.
BrendSport.az xəbər verir ki, 24 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Zenit”lə oyunda bunu bacarıb.
Komandasının 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verən İtaliya millisinin üzvü Çempionlar Liqasında ardıcıl 4 ev oyununda fərqlənməyi bacaran ikinci “Yuventus” futbolçusudur. O, “qoca sinyora”nın sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb. Fransalı 20 il əvvəl – 2001-ci ilin noyabrında turnirin ardıcıl 4-cü ev matçında qol vurub.
Qeyd edək ki, ilk 4 turda 12 xal qazanan “Yuventus” səkkizdəbir final mərhələsinə vəsiqəni rəsmiləşdirib.


Facebook-da paylaş

Xəbəri paylaş