Faydalı saytlar


Reklam



Canni De Byazi: Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik

Canni De Byazi: Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik

Heyətimizdə bəzi problemlər var. Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyuk sabah məlum səbəblərdən oynaya bilməyəcəklər. Təxminən İrlandiya ilə görüşdəki oyunçulara şans verəcəyik. Heyətdə 1-2 dəyişiklik olacaq.
BrendSport.az xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi sentyabrın 6-da təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, rəqib güclü olsa da, ümid sonda ölür. Ümidə yox, faktlara fikir verməliyik. İrlandiya ilə oyunda qələbəni son dəqiqələrdə əldən verdik. Motivasiya baxımından bu qələbə bizə kömək edə bilərdi. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir vacib məqamı da qeyd edim. İrlandiya ilə oyunda Rüstəm Əhmədzadə zədə aldı, yeriyə bilmirdi, bir ayağı demək olar yox idi. Meydanın mərkəzində o vəziyyətdə sürüşmə fəndindən yararlandı. Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq, daha az məğlub olacağıq.
Millimizin futbolçusu Namik Ələsgərov deyib: "Komanda psixoloji cəhətdən oyuna hazırdır. Rəqibin gücünü bilirik. Qələbə üçün əlimizdən gələni edəcəyik. Həm klubumda, həm də milli komandada fərqli-fərqli mövqelərdə oynamışam. Məşqçilər hansı mövqedə oynamaq tapşırığı verirsə, komandama fayda vermək üçün bütün gücümü ortaya qoymağa çalışıram".
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.


Facebook-da paylaş