Faydalı saytlar


Reklam



İmperator Naruhito “Tokio-2020”nin açılış mərasimini izləmək üçün Yaponiyaya gəlmiş yüksək səviyyəli qonaqlarla görüşüb

İmperator Naruhito “Tokio-2020”nin açılış mərasimini izləmək üçün Yaponiyaya gəlmiş yüksək səviyyəli qonaqlarla görüşüb


Yaponiya İmperatoru Naruhito Tokio Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün “Gündoğar ölkə”yə gəlmiş yüksək səviyyəli əcnəbi qonaqlarla görüşüb.
BrendSport.az xəbər verir ki, 11 ölkədən gəlmiş 12 yüksək səviyyəli qonaq arasında Fransa Prezidenti Emmanuel Makron və ABŞ-ın birinci xanımı Cil Bayden də olublar.
Görüşdə İmperator Naruhito deyib ki, o, 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimini yaxşı xatırlayır. Həmin vaxt dünyanın müxtəlif ölkələrindən gəlmiş idmançılar müxtəlif istiqamətlərə yox, birlikdə çiyin-çiyinə addımlayırdılar. Bu, onun bütün dünyada sülhün mövcud olması barədə arzusunun əsasını təşkil edib.
İmperator ümid etdiyini bildirib ki, 2020-ci il Tokio Olimpiya Oyunları bizə Olimpiya hərəkatının, sülh və harmoniyanın ruhunu xatırladacaq və biz bu ruhun işığını gələcək nəsillərə ötürəcəyik.
Açılış mərasimində Olimpiadanın başlamasını “Tokio-2020”nin fəxri hamisi kimi İmperator Naruhito rəsmi şəkildə elan edəcək.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.


Facebook-da paylaş