Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Tokioda Yay Olimpiya Oyunlarının rəsmi açılışı olacaq



BrendSport.az sayti xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev Tokioda Olimpiya kəndinə səfər ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Çingiz Hüseynzadə və Azər Əliyev yerli şərait, idmançıların hazırlığı ilə tanış olublar.
"Çətin şəraitdə bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. İnanıram ki, yaxşı olacaq. Sizə uğurlar arzulayıram. Hamınızda yaxşı nəticələr gözləyirik".
Bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşündə deyib.
Olimpiya Kəndini çox bəyəndiyini söyləyən Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə də fikirlərini bölüşüb: "Bizim idmançılar da paradan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində olacaq".
MOK rəsmisi açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını vurğulayıb: "Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşılarının qarşısından keçəcək".
MOK vitse-prezidenti atletlərin Covid testini verməsi prosesi ilə, yerləşdikləri otaqlar və yeməkxana və maraqlanıb. Bu gün Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş