Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Grand Prix 2019": Şəhriyar Məmmədyarov finala vəsiqə qazanıb



Riqada FIDE və "World Chess" şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019" seriyasının ikinci mərhələsinin yarımfinal oyunları başa çatıb.

BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinal çərçivəsində keçirilən hər iki partiyada amerikalı Uesli Sonu məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş