Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Topaz Premyer Liqası: “Qəbələ” klubu “Zirə”ni məğlub edib

Topaz Premyer Liqası: “Qəbələ” klubu “Zirə”ni məğlub edib
Futbol üzrə Premyer Liqasının XXV turunda “Qəbələ” doğma meydanda “Zirə” komandasını məğlub edib – 2:1.

BrendSport.az xəbər verir ki, oyunda hesabı 21-ci dəqiqədə “qırmızı-qaralar”ın hücumçusu Davit Volkov açıb. Birinci hissənin sonunda “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı zədələnərək meydanı tərk edib və onu Anar Nəzirov əvəzləyib.
Görüşün 56-cı dəqiqəsində Ceyms Adeniyi hesab arasındakı fərqi bir qədər də artırıb. Matçın 71-ci dəqiqəsində isə “Zirə”nin legioneri Sadio Tounkara hesab arasındakı fərqi azaldıb – 2:1. Bu oyunda sonuncu qol olub.
Bu nəticədən sonra 36 xalla dördüncü pillədə qərarlaşan “Qəbələ” komandası “Səbail” ilə xal fərqinin artmasına imkan verməyib. “Zirə” isə 25 xalla altıncı pillədə qərarlaşıb.
Turun sonuncu görüşündə “Sabah” və “Neftçi” komandaları qarşılaşırlar. XXV turun digər matçlarında “Qarabağ” klubu “Keşlə”ni (3:0), “Səbail” isə “Sumqayıt”ı (2:1) məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş