Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




“Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi futbolçusunu icarəyə verib

“Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi futbolçusunu icarəyə verib


Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın “Marsel” komandası futbolçusu Cordan Amavini icarəyə verib.

BrendSport.az
xəbər verir ki, Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə verib. Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İyirmi yeddi yaşlı futbolçu mövsümün sonunadək “Nitsa”da çıxış edəcək.
Amavi 2018-ci ilin yayından “Marsel”də çıxış edib. O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb.
“Qarabağ”ın “Marsel” ilə ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.


Facebook-da paylaş