Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüş bu ilin dekabrında keçirilə bilər

Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüş bu ilin dekabrında keçirilə bilər


Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüşün bu ilin sonunda baş tutacağı planlaşdırılır.
BrendSport.az saytı xarici KİV-lərə istinadla xəbər verir ki, britaniyalı ilə amerikalı dəri əlcək ustaları arasında 3-cü döyüş dekabrın 19-da keçirilə bilər. WBC versiyası üzrə super ağır çəkidə döyüşün ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində təşkili nəzərdə tutulub. Məlumatda o da vurğulanıb ki, qarşılaşmanı 15 min boks həvəskarı izləyə biləcək.
Qeyd edək ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə T.Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib.


Facebook-da paylaş