Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FİFA-dan federasiya prezidentinə ömürlük cəza



FİFA Qana Futbol Assosiasiyasının (GFA) prezidenti Kvesi Nyantakini futbol fəaliyyətindən ömürlük kənarlaşdırıb.

Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Nyantaki etika kodeksinin 3 bəndini pozmaqda günahkar sayılıb. Ömürlük diskvalifikasiya ilə yanaşı, o, FIFA-ya 500 min İsveçrə frankı məbləğində cərimə də ödəməlidi.

Qeyd edək ki, Kvesi Nyantaki mayda Qana prezidentinin əmri ilə həbs olunub. Həbs jurnalist Anas Aremeyaunun sənədli filmindən sonra gerçəkləşib. Həmin filmdə futbol məmurlarının biznesmenlərdən necə rüşvət almalarından bəhs olunur. İyunda Qana hökuməti GFA-nın bütün əməkdaşlarını işdən azad edib.


Facebook-da paylaş

Xəbəri paylaş