Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi 39 illik rekordu təzələdi



Lionel Messi daha bir rekorda imza atıb. "Barselona"nın argentinalı ulduzu "Böyük beşlik” ölkələrində ən çox qol vuran futbolçu ünvanına şərik çıxıb.

"Levante” ilə qarşılaşmada fərqlənən Messi La Liqadakı 400-cü matçında 365-ci dəfə fərqlənib. Bununla da almaniyalı Herd Müllerə malik rekord 39 ildən sonra təkrarlanıb.

Alman əfsanə Bundesliqada 365-ci qolunu 1979-cu ildə vurub. Maraqlıdı ki, hər iki futbolçu bu qədər qolu 14 il ərzində vurub. Messi artıq növbəti turda "Böyük beşlik”də mütləq rekorda yiyələnə bilər. Bunun üçün ona "Real Sosyedad”la səfər oyununda 1 dəfə fərqlənmək kifayətdi.

Qeyd edək ki, Messi klub səviyyəli turnirlərdə də "Böyük beşlik” təmsilçilərinin rekorçusudu. Hesabında 527 top olan argentinalı Müllerlə fərqi 2-yə çatdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş