Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ərdoğandan Mustafa Dənizliyə böyük jest



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlini duyğulandıracaq açıqlama verib. Dövlət başçısı yeni tikiləcək Alsancaq stadionuna Dənizlinin adının verilməsini istəyib.

Mütəxəssis "Habertürk TV"də yayımlanan "Akılda Kalan" proqramında aparıcı Veyis Ateşin "Alsancak Mustafa Dənizli stadionu təklifini prezidentin dilindən eşidəndə hansı hissləri keçirdiniz" sualına belə cavab verib:

"Bu təklifi ilk dəfə Rıdvan Dilmən etdi. Cənab prezident də çox yaxşı münasibət göstərdi. İnsan bu vəziyyətdə nə hiss edər ki? Duyğulandım, qürurlandım. Belə bir şeyin düşünülməsi belə insanı duyğulandırır. Bu mənim sadəcə izmirli və ya altaylı olmağımla bağlı deyil".

Qeyd edək ki, Mustafa Dənizli 2013-14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. 68 yaşı mütəxəssis məşqçi karyerası ərzində "Qalatsaray", "Fənərbaxça", "Beşiktaş", "Kocaelispor", "Manisaspor", "Çaykur Rizespor", "Eskişəhərspor", "Allemannia" (Almaniya), "Persepolis" (İran) klublarını və Türkiyə millisini çalışdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş