Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İncəsənət və media nümayəndələrinin nəzərinə



Hörmətli incəsənət və media nümayəndələri!

17-19 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi BrendSport.az saytının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illiyi və “Qarabağ” futbol klubunun Avropa arenasındakı əldə etdiyi nailiyyətlərə həsr olunmuş incəsənət adamları və jurnalistlər arasında mini futbol turniri olacaq.

Turnirdə iştirak etmək istəyən media (TV, sayt, qəzet jurnal əməkdaşları) və incəsənət (şou-biznes adamları və aktyorlar) nümayəndələrinin komandaları müraciət edə bilərlər.

Əziz həmvətənlər və futbol həvəskarları!

Hər kəs bu tədbirin açılışına dəvətlidir. Açılış mərasimi noyabr ayının 17-si saat 12-də Şağan Olimpiya İdman Kompleksində olacaq.

Qeyd edək ki, açılış mərasimində tanınmış estrada ulduzlarının iştirakı ilə geniş konsert proqramı və rəsmi şəxslərin çıxışıları olacaq.

Xatırladaq ki, hər komanda 7 nəfərdən ibarət olacaq. 6 nəfər oynamaq, 1 nəfər isə dəyişiklik etmək üçün. Hər hissə 20 dəqiqə olmaqla 2 hissədən ibarət olacaq.

Turnirin sonunda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlar, konsert proqramında iştiraklarına görə isə estrada ulduzlarına sertifikatlar təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlaya bilərlər.

BrendSportsayt@mail.ru
Telefon/whatsapp: (055) 286 86 29


Facebook-da paylaş

Xəbəri paylaş