Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tamaşaçılar Fukusima prefekturasında keçiriləcək Olimpiya Oyunlarına da buraxılmayacaqlar

Tamaşaçılar Fukusima prefekturasında keçiriləcək Olimpiya Oyunlarına da buraxılmayacaqlar


Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi beysbol və softbol üzrə Fukusima prefekturasında keçiriləcək yarışlara tamaşaçıların buraxılması barədə qərarını ləğv edib.
BrendSport.az xəbər verir ki, bu barədə qərar həmin yarışların təşkil ediləcəyi prefekturanın rəhbərliyinin müvafiq müraciətindən sonra qəbul edilib. Bildirilir ki, bu, təşkilat komitəsinin Hokkaydo prefekturasında keçiriləcək futbol üzrə yarışlara tamaşaçıların buraxılmaması barədə qərarından sonra ikinci belə bir addımdır.
Xatırladaq ki, təşkilat komitəsi əvvəlcə Tokioda və qonşuluqda yerləşən Çiba, Saytama və Kanaqavada təşkil ediləcək Olimpiya Oyunlarına tamaşaçıların buraxılmaması barədə iyulun 8-də qərar qəbul edib. Həmin vaxt Miyaqi, Fukusima, İbaraki və Şizuokada keçiriləcək yarışlara məhdud sayda tamaşaçıların buraxılmasına icazə verilmişdi.
İyulun 9-da isə təşkilat komitəsi Hokkaydo da keçiriləcək futbol yarışlarına tamaşaçıların buraxılmasına razılıq versə də, bu barədə qərar da dərhal ləğv edilib.
Beləliklə, Olimpiya Oyunları zamanı yalnız Miyaqi, İbaraki və Şizuoka prefekturalarında keçiriləcək yarışlara məhdud sayda tamaşaçı buraxılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş